Zoologiya İnstitutuna ekskursiya

Məktəblilər ”Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Bununla əlaqədar olaraq, aprelin 13-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin müəllimləri Natavan Tahirova və Nigar Atayevanın rəhbərliyi altında 10-cu sinif şagirdlərlə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna ekskursiya təşkil olundu. Şagirdləri muzeyin direktoru Səbinə Bünyatova və muzeyin əməkdaşı Xatirə Qəhrəmanova qarşıladı. ”Heyvanlar aləminin təkamülü prosesi” mövzusuna həsr edilmiş ekskursiyada şagirdlərə pişik, ayı ailələri, balıqlar sinfi, quş eksponatları təqdim olundu. Ekskursiya zamanı şagirdlərə heyvanlar aləminin təkamülündən, inkişafından danışıldı. Eyni zamanda, adları Qırmızı kitabda olan Azərbaycanın nadir heyvanları, ekoloji cəhətdən onların təbiətə olan faydaları haqqında geniş məlumat verildi. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi