“İşıqlı Gələcək” layihəsi

“İşıqlı Gələcək” layihəsi çərçivəsində aprelin 12-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə təhsil alan 10-cu sinif şagirdləri üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşlığı ilə görüş keçirildi. Görüşü ATGTİ-nın QHT və məktəblərlə iş departamentinin rəhbəri Həsən Əliyev və departamentinin könüllüsü İnci Əsgərova keçirdilər.Görüşdə şagirdlərə peşə seçimi, imtahanlar zamanı vaxtın düzgün və səmərəli seçilməsi, tələbə adı qazandıqdan sonra asudə vaxtlarını daha maraqlı keçməsi, şagirdlərin ictimai həyatda peşə seçimini düzgün etdikdən sonra bu sahədə özünü daha da inkişaf etdirməsi üzərində çalışması kimi məsələlər müzakirə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi