Azərbaycanın nadir,nəsli kəsilən flora və fauna növləri haqqında "Açıq dərs"

Məktəblilər”Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Bununla əlaqədar olaraq aprelin 10-da Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri və biologiya müəllimi Əsədullayeva Leyla tərəfindən “Azərbaycanın nadir, nəsli kəsilən flora və fauna növləri”haqqında Botanika bağında "Açıq dərs" keçirdi."Açıq dərs"də şagirdlər müəllimin Azərbaycanda bitən relikt və endemik bitkilər,dünyada 13 iqlimdən 9-nun Azərbaycanda mövcud olduğu haqqında verdiyi məlumatı maraqla dinlədilər.Nümunə olaraq nadir bitkilərlə tanış olub, onlar haqqında yeni məlumatlar əldə etdilər.Şagirdlər iki qrupa bölündülər, bir qrup açıq təbiətdə planşetlərlə işlədilər və orda olan məlumatlardan yararlandılar.Digər qrup isə malbertdən istifadə edərək, ətrafda gördükləri bitkilərin rəsmini çəkdilər.Sonra şagirdlər Qırmızı kitab, kitaba düşən Azərbaycanın nadir, nəsli kəsilən heyvanlar və bitkilər haqqında referatlar hazırlıyıb təqdim etdilər. "Açıq dərs" çox maraqlı və maarifləndirici keçdi.Şagirdlər dərsdən böyük zövq aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi