YARAT! Müasir İncəsənət Məkanına ekskursiya

Aprelin 5-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 8-ci, 6-cı sinif sagirdləri və sinif rəhbərləri Əfəndiyeva Lamiyə və Behbudova Səbinə YARAT! Müasir İncəsənət Məkanında Orxan Hüseynovun "Əziz Sevgilim" adlı ilk iri miqyaslı fərdi sərgisində istirak etdilər. Bu sərgi üçün Orxan Hüseynov 3 yeni möhtəşəm əsər yaradıb. Bu əsərlər gündəlik həyatımızın, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Müasir siyasət dünyasında olduğu kimi, Orxan Hüseynovun əsərlərində də "Doğru" və "Yalan" anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq "İmkan" və "Etimad" anlayışları təqdim edilir.Sərginin sonunda YARAT! Müasir İncəsənət Məkanı tərəfindən viktorina təşkil olundu və şagirdlər burada komandalara bölünərək aparıcının suallarına cavab verdilər. Sonra qalib komanda mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi