“Aprel döyüşləri-Aprel Qələbəsi”

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Aprel döyüşləri və ya Dördgünlük müharibə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb. Aprelin 5-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tarix müəllimi Ağayeva Sevincin rəhbərliyi ilə “Aprel döyüşləri-Aprel Qələbəsi”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin rəhbər və müəllim heyəti, 6,7,və 10-cu sinif şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himni ilə və bir dəqiqəlik sükutla Qarabağ döyüşlərində - Aprel döyüşlərində şəhid olanların xatirəsinin yad edilməsi ilə başladı. Tədbirdə xor kollektivinin ifasında “Qalx Azərbaycan” mahnısı ifa olundu, şagirdlər tərəfindən şeir nümunələri, şəhidlərin həyatı haqqında mətnlər səsləndirildi, videolar göstərildi.6a sinif şagirdi “İgid əsgər möhkəm dayan” və “ Ana mən şəhid oldum” mahnılarını gitara ilə ifa etdi. Azərbaycan Dövlət Respublikasının Prezidenti Cənab İlham Əliyevin hərbçilərlə olan görüşündən ”Aprel döyüşləri niyə dayandırıldı?”adlı video süjet verildi və “Torpağın səsi” mahnısı ilə davvam etdilər. Tədbir Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Kəmalə və məktəbin direktoru Sevinc Budaqovanın cıxışları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi