31 Mart Azərbaycanlıların Soyqırımı günü.

Martın 31 Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.1918-ci ilin mart ayının son üç günündə Bakı və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın 30 mindən çox əhalini xüsusi amansızlıqla erməni caniləri qətlə yetirmişdir, on minlərlə insan itkin düşmüşdür.Bununla əlaqədar 31.03.2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi. Tədbir bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi yad edilməklə başladı.Tədbirdə məktəbin 6,8,9,10-cu sinif şagirdləri,müəllimlər və məktəbin rəhbərliyi iştirak etdilər. Məktəbin tarix müəllimi Ağayeva Yeganə və Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Kəmalə 31 Mart Azərbaycanlıların Soyqırımı günü haqqında ətraflı danışdılar. Tarix müəllimi Ağayeva Yeganə Ulu Öndər Heydər Əliyevin 27 mart 1998-ci il 31 mart azərbaycanlıların soyqırımı haqqında fərmanı ilə 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ elan edilməsi və həmin zamandan bəri hər il Azərbaycanda 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilməsi barədə ətraflı danışdı.Tədbirdə 9-cu sinif şagirdi Səfərova Nigar və 10-cu sinif şagirdi Hümbətova Şahnaz çıxış etdilər. Tədbirdə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.Sonda məktəbin direktoru Sevinc Budaqova 31 Mart Azərbaycanlıların Soyqırımı günü haqqında danışdı və rəsm sərgisində iştirak edən şagirdlərə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi