“Alternativ enerji aylığı”. “Bakıelektrikşəbəkə ASC Yarımstansiya” muzeyinə ekskursiya.

30.03.2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin müəllimləri, fizika müəllimi Ulubəyova Solmaz və tarix müəllimi Ağayeva Yeganənin rəhbərlikləri altında 8A, 10A sinif şagirdlərinin iştirakı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki “Bakıelektrikşəbəkə ASC Yarımstansiya”muzeyinə ekskursiya təşkil olundu. Muzeyin direktoru Pərisoltan Ramazanova muzeyin yaradılması haqqında məlumat verdi.O bildirdi ki,respublikamizda ilk dəfə olaraq 1914-cü ildə Bakının Binəqədi rayonunda neft sənayəsi ilə əlaqədar tikilmiş 20kV-luq qapalı tipli yarımstansiya ilkin vəziyyətindən bərpa olunaraq Yarımstansiya –muzey yaradılıb”Bakıelektrikşəbəkə”nin 80 illik yubileyi ərəfəsində təzədən yaradılan bu muzey çeşidli və dolğun eksponatları ilə seçilən, ən əsası isə gələcək nəsillər şəbəkənin tarixi və 2006-cı ildən bəri paylayıcı elektrik şəbəkəsi sahəsində vüsət götürən yenidən qurma tədbirləri barədə geniş məlumat verildi. Bu yarımstansiya XX əsrin əvvələrində bu ərazidə yerləşən neft mədənlərini elektrik enerjisi ilə təchiz etmək məqsədilə tikilmişdir. Sonra isə Solmaz müəllimə işığın hansı tarixi mərhələləri keçərək formalaşması, hansı texniki proseslərdən sonra mənzillərimizi, məktəblərimizi işiqlaşdırlması, elektrik enerjisinin gündəlik həyatımızdan böyük rolu haqqında məlumatlar verdi. Sonra isə elektrik enerjisinin əldə edilməsi barədə məlumatlar şagirdlərə çatdırıldı və şagirdlər əyanı şəkildə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi