Şagirdlərimiz internat məktəbinə qonaq olublar.

Öz yaradıcılıq fəaliyyətində Mehriban xanım Əliyeva belə bir şüar səsləndirir:”Uşaqlara nə qədər qayğı göstərilsə də azdır”. Onun bu fəaliyyətinin məqsədi xüsusi qayğıdan məhrum olan, valideyn himayəsindən kənarda qalan uşaqlar üçün Bakı şəhərində internat və uşaq evləri üçün xüsusi proqramların həyata keçirilməsidir. Bu məqsədlə Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin 8-ci sinifin sinif rəhbəri Əfəndiyeva Lamiyə və şagirdləri 2№li internat məktəbinə Novruz bayramını təbrik etmək üçün getmişlər. Bizi məktəbin direktoru hörmətli Dilarə Məşədiyeva qarşılamış və məktəblə tanış etmişdir.Bizi Novruz şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə dəvət etdilər. Bizim şagirdlər isə həmin məktəbin şagirdlərinə məktəb ləvazimatları hədiyyə verdilər. Sonra məktəbin şagirdləri Novruz bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Sonda hər iki məktəbin yaxın bir zamanda futbol yarışı keçirilməsini planlaşdırdılar. Bu xoş münasibətə görə məktəbin direktoru Dilarə xanım Məşədiyevaya öz minnətdarləğımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi