Azərbaycan neft inkişafının tarixinə həsr olunmuş sinif saatı.

Mədəni, dərin mənəvi, elmi iqtisadi potensiala, əlverişli coğrafi və siyasi vəziyyətə malik olan Azərbaycan, eyni zamanda təbii sərvətlərlə zəngindir. Bu təbii sərvətlər içərisində əsas yeri neft tutur. Azərbaycan neft sənayəsi, 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin, yalnız XX-ci əsrin sonunda, müstəqillik əldə etdikdən sonra, Azərbaycan xalqı təbii sərvətlərindən tam bəhrələnmək imkanı əldə etmişdir. XX-ci əsr tarixə, dünya iqtisadiyyatının inkişafının əsas enerji əsasları kimi neft və qazın zəfər əsri kimi daxil oldu. XXI-ci əsrdə dünya ictimaiyyətini, uğurlu həlli gələcək nəsillərin inkişafını müəyyən edəcək ciddi iqtisadi və ekoloji problemlər gözləyir. Bu səbəbdən də, neft sənayəsinin ölkənin inkişafı və çiçəklənməsi üçün hansı əhəmiyyət daşıdığını uşaqlarımıza çatdırmaq belə vacibdir. 15.03.2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin 7-ci sinfində sinif saatı keçirildi və orada Azərbaycanda neft inkişafının tarixini, onun hasilatını, daşınmasını, emalını və gələcək istifadəsini öyrəndilər və müzakirə etdilər. Şagirdlər rəsmlərini göstərdilər, divar qəzeti hazırladılar, neftlə çəkilmiş rəsmlərə tamaşa etdilər. Çox maraqlı və maarifləndirici idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi