“Novruz bayramı və ekologiya” mövzusunda açıq dərs.

Nəsimi rayonu A.Novruzbəyli adına 46№li tam orta məktəbdə 14.03.2017-ci il tarixində ibtidai sinif müəllimi Xanmirzəyeva Nuridənin 3C sinfində “Novruz bayramı və ekologiya” mövzusunda açıq dərsi keçirildi. Baharın bütün gözəlliklərini əks etdirən sinif otağında milli geyimlərdə olan şagirdlərin çıxışları Novruz bayramının çox qədim dövrlərdən gələn adət-ənənələrimizin canlı nümunəsi olduğunu göstərdi Həyat bilgisi, Azərbaycan dili, təsviri incəsənət, musiqi fənləri ilə gözəl inteqrasiya olunmuş dərsdə şagirdlər qruplara bölünərək təqdimatlar hazırladılar. Novruza kimi olan Su, Od, Yel və Torpaq çərşənbələrinin adını daşıyan qruplar həmin çərşənbələrə və bahara aid rəsimlər çəkdilər, adətlər, atalar sözləri, inanclar, söylədilər. Bu bahar təravətli gözəl dərsi şagirdlərimiz ekologiya ilə əlaqəndirərək təbiətimizi sevmək və qorumağın vacib olduğunu bildirdilər.Yaşıllıqların qorunması və çoxalması öz vəzifələri kimi yerinə yetirəcəklərinə söz verdilər. Bəzi şairlərin təbiətin qorunmasına həsr etdiyi gözəl şeirlərdən nümunələr dedilər, qızlar “Haxışta” el nəğməsini iki dildə gözəl səsləndirdilər. Dərsin sonunda məktəbin direktoru Sevinc Budaqova xoş təəssürat bağışlayan dərsə görə sinif müəllimi N.Xanmirzəyevaya və şagirdlərə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi