Şirvanşahlar Saray kompeksinə ekskursiya.

14.03.2017-ci il tarixində A.Novruzbəyli adına 46№li tam orta məktəbin müəllimləri Əfəndiyeva Lamiyə, Behbudova Səbinə və Ağayeva Yeganənin rəhbərlikləri altında 6C, 8A, 8B sinif şagirdlərinin iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olundu.Gəzinti ilk olaraq Abşeronun ən möhtəşəm və sirli abidəsi olan Qız Qalasından başlandı.Daha sonra orta əsr memarlığının şah əsəri olan Şirvanşahlar Saray kompleksi ilə,kompleksin yuxarı həyətində yerləşən Divanxana, xalq arasında “Dərviş türbəsi”adı ilə məşhur olan türbə,Keyqubad məscidi, Çin məscidi,Saray məscidi və xalq arasında “Sınıq Qala” adı kimi tanınan Məhəmməd məscidinə gəzinti ilə sona çatdı, Şagirdlər tarix, ədəbiyyat kitablarından, tarixi və bədii əsərlərindən öyrəndikləri abidələrlə əyani tanışlıqdan böyük zövq aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi