“Alternativ enerji” mövzusunda açıq dərs keçirildi.

Bu ay məktəbimizdə “Ekoloji aylıqlar” layihəsi üzrə açıq silsiləli dərslər və tədbirlər keçirilir. Bununla əlaqədar bu gün məktəbimizin fizika müəllimi Ulubəyova Solmaz “7a” sinfi ilə “Alternativ enerji” mövzusunda açıq dərs keçirildi.Şagirdlər bərpa olunan və bərpa olunmayan enerji mənbələri, onların ətraf mühitə təsiri, enerjinin insan həyatında əhəmiyyəti, alternativ enerji mənbələrinin müsbət cəhətləri, Azərbaycanın enerji ehtiyatları və enerjiyə qənaət, Planetimizin enerji ehtiyatlarının qorunması haqqında geniş məlumat verildi. Şagirdlər enerjinin əldə edilməsi ilə bağlı təcrübələr apardılar. Şagirdlərdən Nəcəfquliyev Elnur “Bərpa olunan enerji mənbələri”, Abbasova Elmira “Təbiətin qorumasının vacibliyi” adlı referatlar yazıb təqdim etdilər.İnteraktiv şəraitdə keçirilən açıq dərsdə şagirdlər ətraf mühitlə bağlı onları maraqlandıran mövzuları məktəbimizin direktoru Sevinc Budaqova ilə müzakirə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi