“Şagirdlər IT STEP akademiyasında”.

Martın 13-də Bakı şəhəri Nəsimi rayonun Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin 8-9-cu sinif şagirdləri, məktəbin direktoru Sevinc Budaqova, beynəlxalq humanitar təşkilatı “VAAD L HATZOLAS NİDCHEİ YİSROEL”-in sədr müavini Zamir İsaev və məktəbin müəllimləri Gülnarə Musayeva, Lamiyə Əfəndiyeva IT STEP akademiyasında olublar.Görüş Təhsil Nazirliyinin, “Yaşlıların Təhsili Assosiasiyası” İctimai Birliyi və “Yaşıl qələm” təhsil şəbəkəsinin birgə həyata keçirdiyi “IT STEP akademiya təhsil müəssisəsinə infoturlar və ixtisas seçimi ilə bağlı informasiya sessiyaları” layihəsi çərçivəsində həyata keçirilib.Akademiyanın direktoru Aleksey Sleptsov IT STEP akademiyasının fəaliyyəti, kompüter proqramlaşdırılması, dizayn və şəbəkə işindən danışıb, informasiya texnologiyaları sahəsində uğur qazanmış, dünya şöhrətli alimlər və sahibkarlar barədə məlumat verib.Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı ixtisas və peşənin düzgün seçilməsinin vacibliyindən danışıb, məktəblilərə dövlət, özəl və QHT sektorunda çalışmaq imkanları və könüllülük fəaliyyətindən bəhs edib.Tədbir iştirakçılarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili sahəsində həyata keçirilən yeni layihələr haqqında məlumat verilib.Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi