“Anamın anası” adlı tədbir.

07.03.2017-ci il tarixində A.Novruzbəyli adına 46№li tam orta məktəbin 8-ci sinif şagirdləri “Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Anamın anası”adlı tədbir hazırlamışdır.Tədbirdə valideynlər, müəllimlər və məktəbin rəhbərliyi istirak etdilər.Şagirdlər qadınların cəmiyyətin istər iqtisadi, ictimai,təhsil, mədəniyyət və siyası həyatında olan rollarından və fəaliyyətindən danışdılar. Şagirdlər ana və nənələrinə sevgidən, qayğıkeşlikdən, mehribanlıqdan tərənnüm edən mahnılar oxudular.Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova bu tədbiri təşkil edən hər bir kəsə, 8-ci sinif şagirdlərinə bu mənalı, həssas və qəlbəyaxın çıxışlara görə təşəkkürünü bildirdi və bütün qadınları bayram münasibətilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi