Tədbir-Vergilər

13 may tarixində məktəbimizin akt zalında Vergilər Nazirliyi tərəfindən tədbir təşkil olunmuşdur. Bakı şəhəri üzrə bir neçə məktəbin iştirak etdiyi tədbirdə 3-5, 6-8, 9-11-ci sinif şagirdləri arasında test imtahanı keçirildi. 2 saat davam edən imtahan bitdikdən sonra uşaqları mükafatlandırma mərasimi başladı. 3 yer uğrunda olan mübarizədə 9 şagird əsas hədiyyələr və sertifikatlarla, digər iştirak edən şagirdlər isə həvəsləndirici hədiyyələrlə mükafatlandırıldılar. Məktəbimizin təşkilatçılığı ilə isə hər sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirildi. "Vergilər şagirdlərin gözü ilə" adlı müsabiqədə şagirdlərimiz bir-birindən maraqlı rəsmlər çəkərək rəsm guşəmizə yerləşdirdilər. .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi