1 Mart Ümumdünya Mülki Müdafiə günü.

01.03.2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbdə Mülkü Müdafiə günü, məktəb kollektivinin təlimatlandırlıması üçün tədbir keçirilmişdir.Tədbirdə məktəbin hərbi rəhbəri Vaqif Abbasov öz çıxışında dövlətin Mülkü Müdafiə planının hazırlanması və həyata keçirməsi, əhalinin və ərazilərinin kütləvi qırğın silahlardan mühafizə edilməsi, fövqəladə hallar baş verdiyi zonalarda radiasiya, kimyəvi və bakterioloji kəşfiyyət aparılması, əhaliyə fövqəladə hallar qorunma qaydaları və üsullarının öyrədilməsi kimi işlərin məhz Mülkü Müdafiə qoşunlarının yerinə yetirdiyi vurğulamışdır. Fövqəladə hadisə baş verən zaman müəllim və şagirdlərin təxliyə olunması qaydası bir daha izah olunmuşdur. Yanğın baş verdikdə 112 xidməti gələnə qədər yanğının söndürülməsinə xüsusi komandanın cəlb olunması məşq etdirilmişdir. Şagirdlərin fərdi mühafizə vasitələrindən istifadə qaydaları öyrədilmiş və məşq etdirilmişdir. Təbii fəlakətlər zamanı insanların davranış qaydaları və dövlət orqanlarının verdiyi göstərişləri yerinə yetirmək qaydaları haqqında məlumat verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi