Azərbaycan tarixi və etnoqrafiyası aylığının yekun tədbiri.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında “Ekoloji aylıqlar” layihəsinin fevral ayı “Mədəniyyət və incəsənət”, “Azərbaycan tarixi və etnoqrafiyası” aylığının Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbdə 28.02.2017-ci il tarixində “Şanlı Azərbaycanım”adlı yekun hesabat tedbiri keçirildi. Tədbiri giriş sözü ilə tarix fənn metodbirləşmə rəhbəri Əliyeva Fatimat açdı və Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Cıxış sözünü davam edən F.Əliyeva cəbhədəki son vəziyyət, şəhidlərimiz, düşmənlərin bu təxribatları törətməkdə məqsədlərini açıqladı və Azərbaycanın tarixi torpaqları haqqında video çarxı şərh etdi. Şagirdlər Vətənimiz Azərbaycan haqqında müxtəlif şeirlər, Heydər Əliyev və başqa tarixi şəxsiyyətlərinin kəlamlarını söylədilər. Sonra ay ərzində görülən işlər haqqında slayd təqdim olundu, aylıqda şagird araşdırmalarında, rəsm, esse, referat və başqa fəaliyyətləri ilə şeçilən şagirdlərə təşəkkür edildi. Azərbaycan tarixi və etnoqrafiyası haqqında məruzəylə çıxış edən məktəbin tarix müəllimi Sevinc Ağayeva şagirdlərlə birgə milli adət-ənənələrimiz, milli dəyərlərimiz haqqında geniş məlumat verdilər.”Bayatı şiraz”, “Qarabağ şikəstəsi” səsləndirildi. Şagirdlər “Sarı gəlin”, “Yallı” rəqslərini ifa etdilər. Tədbirdə müxtəlif siniflərin şagirdləri, müəllimlər və valideynlər iştirak edirdi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevinc xanım Budaqova tariximiz, dövlətçiliyimiz, Ulu öndərimiz Heydər Əliyev, Prezidentimiz İlham Əliyev, Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın seçilməyi və onun xalqımız, gənc nəsil üçün gördüyü işlərdən söz açdı. Müəllim və şagirdlərə minnətdarlıq etdi və onlarla xatirə şəkli çəkdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi