Azərbaycan tarixi və etnoqrafiyası aylığı: Şirvanşahlar saray kompleksinə və Miniatür kitab muzeyinə ekskursiya.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında “Ekoloji aylıqlar” layihəsinin fevral ayı “Mədəniyyət və incəsənət”, “Azərbaycan tarixi və etnoqrafiyası” aylığı çərçivəsində 25.02.2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin tarix müəllimi Əliyeva Fatimatın rəhbərliyi ilə "Eko tarixçilər, şagird qrupunun üzvləri Şirvanşahlar saray kompleksinə və Miniatür kitab muzeyinə ekskursiya etdilər. Saray kompleksində müxtəlif tarixi, milli-mədəni eksponatlarla tanış oldular və geniş biliklər əldə etdilər. Daha sonra 2002-ci ildə əməkdar mədəniyyət xadimi Zərifə Salahovanın rəhbərliyi ilə yaradılmış Miniatür kitab muzeyində şagirdlərimiz 39 vitrində yer almış 7500-dən artıq müxtəlif dil, məzmun və ölçülü kitablarla tanış oldular. Dil-ədəbiyyat müəllimləri İradə Agayevanın rəhbərliyi ilə xeyli araşdırmalar apardılar. Ekskursiya "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğunun ərazisində gəzinti ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi