Azərbaycan tarixi və etnoqrafiyası aylığı:”Arxeologiya və etnoqrafiya”muzeyinə ekskursiya.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək”devizi altında “Ekoloji aylıqlar” layihəsinin fevral ayı “Mədəniyyət və incəsənət”, “Azərbaycan tarixi və etnoqrafiyası” aylığı çərçivəsində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin bir qrup şagirdləri 23.02.2017-ci il tarixində AMEA-nın nəznində fəaliyyət göstərən “Arxeologiya və etnoqrafiya”muzeyinə ekskursiya etmişlər.Muzeydə Azərbaycanın qədim daş dövründən son orta əsrlərədək tarixin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar, XIX əsr-XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayış etdirilir. Muzeydəki eksponatlar Azərbaycan ərazisindəki ibtidai insan düşərgələri, oturaq əkinçi-maldar əhaliyə məxsus yaşayış məskənləri və qərib abidələri, erkən şəhər mədəniyyəti, qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti haqqında dolğun təsəvvür yaradır.Şagirdləri məktəbin tarix müəllimləri Əliyeva Fatimat və Ağayeva Yeganə müşaiyət etmişdir. Sonra onlar qədim İçərişəhərimizi gəzməklə ekskursiyalarını başa vurmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi