“21 fevral Beynəlxalq Ana Dili Günüdür”.

21 fevral 2017-ci il tarixində Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbdə “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar “Dilimiz-mənəviyyatımız” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ümummilli lider Heydər Əliyevin “Ana dili” haqqında sözləri ilə başladı.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ağayeva İradə “Azərbaycan dilinin əhəmiyyəti” adlı məruzə ilə çıxış etdi.Şagirdlərdən 7-ci sinif şagirdləri Abbasova Elmira, Allahverdiyeva Nübar, Abbasov Həsən, 10-cu sinif şagirdi Hümbətova Şahnaz, 11-ci sinif şagirdi Xudiyeva Aytənin “Ana dili haqqında” təqdimatları dinlənildi. Tədbirdə Bəxtiyar Vahabzadənin öz səsi ilə “Ana dili” şeiri səsləndi. Məktəbin şagirdləri görkəmli Azərbaycan şairlərinin Ana dilinə həsr olunmuş şeirlərini söylədilər və kicik səhnəciklər nümayış etdirdilər. Tədbirin sonunda Möhtərəm Prezident İlham Əliyevin Dil haqqında fikirləri dinlənildi.Şagirdlərin ifasında Novruzun ilk Su çərşənbəsinə aid təbriki və rəqsi ilə tədbir sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi