Azərbaycan tarixi və etnoqrafiyası aylığı.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Ekologiya və Sağlamlıq”istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 2017-ci ilin fevral ayı Mədəniyyət və incəsənət, Azərbaycan tarixi və etnoqrafiyası mövzusuna həsr olunmuşdur. 10 fevral 2017-ci il tarixində Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46№li tam orta məktəbin “Vergi tədris-metodiki kabineti”ndə Vergilər Nazirliyinin yaranmasının 17-ci il dönümünə həsr olunmuş “Vergi mədəniyyəti və qənaət”mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı metodiki kabinetin müdiri Fatimat Əliyeva aparırdı.Dəyirmi masada 5,7,8,9-cu sinif şagirdləri, müəllimlər və valideyn komitəsinin sədri Abbasova Fəridə iştirak edirdi. Dəyirmi masa şəhid, Milli qəhrəman Çingiz Qurbanovun xatirəsinin 1 dəqiqəlik sükutla yad etməklə başlandı. Fatimat müəllimə Azərbaycanda vergi siyasəti tarixi Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezidentimiz Cənab İlham Əliyevin apardığı geniş vergi siyasəti haqqında məlumat verdi. Tarix müəllimi Səbinə Behbudova tarixdən müxtəlif dövrlərdə yığılan vergilərin növlərindən söz açdı.Dəyirmi masa şagirdlərin maraqlı fikirləri, sualları əsasında diskusiya formasında davam etdi. Sonda şagirdlər vergi, qənaətçilik, ekologiya, şəhərimizin infrastrukturu mövzusunda esselər yazıb, rəsmlər çəkib təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi