Azərbaycan dili fənnindən nümunəvi dərs keçirildi

 28 noyabr tarixində 6 Ç sinfində Azərbaycan dili fənnidən Azərbaycan dili və ədəbiyyat müəllimi Günnur İsgəndərova tərəfindən "Layihənin yekunu" bölməsi üzrə dərs kecirildi. Dərsdə ailə dəyərləri, insanın ailədə rolu, eyni zamanda ailənin insan həyatındakı önəmi vurğulandı. Sağlam ailə, sağlam vətəndaş üzərində qurulur. Dərsdə müasir təhsil sisteminin cütlərlə iş, fərdi iş kimi iş üsullarından, yeni üsul qiymətləndirmədən istifadə olundu. Dərsdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova ve Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri İradə Ağayeva iştirak etdi. Sonda Sevinc xanım müəllim və sagirdlərə öz metodik məsləhətlərini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi