Məişət zorakılığı mövzusunda maarifləndirmə tədbiri keçirildi

 Məişət zorakılığı - yaxın qohumluq münasibəti, birgə və ya əvvəllər birgə yaşamaqdan sui-istifadə etməklə bir şəxsin hakimiyyəti və nəzarəti qorumaq üçün digərlərinə yönəlmiş davranış sistemidir. Məktəbin praktik psixoloqu Nuranə Məmmədova 7 C sinif şagirdləri ilə məişət zəminində baş verə bilən-fiziki zorakılıq, psixoloji (emosional) zorakılıq, cinsi zorakılıq, məişət zorakılığı, iqtisadi zorakılıq haqqında profilaktik söhbət apardı. Şagirdlərin rastlaşa biləcək zorakılıq növləri, zərər çəkmiş şəxsin nə etməli olduğu, düzgün ilkin yardım almaq üçün kimə müraciət etmələri barəsində debat keçirərək maarifləndirmə işi aparıldı, onların fikirləri dinlənildi və sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi