25 noyabr Kəlbəcər şəhəri günüdür

 İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə əsasən Ermənistan silahlı qüvvələri Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz tərk etdi. Kəlbəcər noyabrın 25-də azad edildi. Həmin gün Kəlbəcərin işğaldan azad edilməsi günü kimi tarixləşdi.

 Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd olunur.

 Tarix müəllimi Esmira Zeynutdinova 8 C sinfi ilə Kəlbəcər şəhəri gününə həsr olunmuş dərs təşkil etdi. Dərsdə şagirdlər Kəlbəcər şəhərinin tarixi, coğrafiyası, relyefi, ərazisi, əhalisi, infrastrukturu barədə təqdimatlar hazırlamış, həmçinin ərazisinin şəklini çəkmişdilər. Tarix müəllimi tərəfindən verilən yeni məlumatlar şagirdlərin bildiklərini daha da təkmilləşdirməyə köməklik göstərmişdi. Dərsdə həmçinin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva da iştirak etmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi