"Valideyinin məktəbdə bir günü" layihəsi təşkil olundu

 Ailə-məktəb münasibətlərinin sağlam pedoqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.

 Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması, istər infrostruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedoqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirilən "Valideynin məktəbdə bir günü" layihəsi təşkil olundu. 1 B sinfinin valideynləri ilə təşkil olunun layihədə valideynlər dərs prosesini izlədi, məktəbin bufeti və idman zalı ilə tanış oldular. Həmçinin valideyn və şagirdlər birgə fəaliyyətə cəlb olunaraq güləkmə aksiyası keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi