Sehirli nağıllar aləmi

May ayının 7-si məktəbimizin akt zalında Mustafayeva Tatyana xanımın 2C sinfi "Yatmış gözəl" adı altında möhtəşəm tədbir təşkil etdilər. 2-ci sinif səviyyəsindən qat-qat artıq təşkil olunmuş tədbirdə 7-dən çox nağıl - "7 Gözəl" , ""Gözəl və Eybəcər", "Çəkməli pişik", "Cirtdan", "Yatmış gözəl" və bir neçə başqa nağıl səhnələşdirilərək zalda əyləşənlərə təqdim olundu. Tədbirdə əyləşən digər ibtidai sinif şagirdləri həm əyləndilər, həm də nağıllar aləminə səyahət etmiş oldular. Tədbirdə həmçinin "Təhsil problemləri" qəzetinin əməkdaşı Əşrəf müəllim də iştirak etmişdi. Tədbirin möhtəşəmliyini nəzərə alaraq Tatyana xanımı tebrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi