Uşaq İncəsənət Festivalının qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vurulub.

Festivalda iştirak edən məktəbimizin şagirdləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

5 Ç sinif şagirdi Nuray Rəsulzadə Vaqif Mustafazadə adına 2 nömrəli İncəsənət məktəbinin “Aysel” rəqs qrupunda çıxış edərək Kollektiv Rəqs nominasiyası üzrə II yerə, 8 C sinif şagirdi Nuşafərin İmaməliyeva Rəssamlıq nominasiyası üzrə III yerə, 11 Ç sinif şagirdi Ruzi Abdulla Rəşid Behbudov adına 2 nömrəli 11 illik Musiqi Məktəbinin xor kollektivi ilə çıxış edərək Xor nominasiyası üzrə I yerə layiq görülmüşdürlər.

Şagirdlərimizi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi