Məktəbin məzunu ilə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təsil Nazirliyinin dəstəyi və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Bir Gələcək" təşəbbüsü çərçivəsində məktəbimizin 2007-ci il məzunu, həmçinin hal-hazırda Sağlam Ailə Tibb Mərkəzləri şəbəkəsinin icraçı direktoru vəzifəsində çalışan Nigar Rüstəmli qonaq olaraq təşrif buyurmuşdu. Konfrans zalında keçirilən görüşdə Nigar xanıma dərs deyən müəllimlər, məktəbin pedoqoji kollektivi, VIII-XI sinif şagirdləri iştirak edirdi.

Səmimi görüşdə Nigar xanım məktəb illərindən, müəllimlərlə münasibətindən, gələcək planlarından danışaraq şagirdlər üçün ruhlandırıcı çıxışlar etdi. Həmçinin şagirdlər də öz növbəsində Nigar xanıma olan suallarını ünvanlayaraq maraqlı dialoqların yaranmasında iştirak etdilər.

Məktəbin direktoru Sevinc xanım da öz növbəsində Nigar xanımın şagird olduğu dönəmlər haqqında danışaraq onun necə çalışqan, tədbirlərdə yaxından iştirak edən bir şagird olduğunu vurğuladı. Sonda görüşdə iştirak edən şagirdlər sertifikatlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi