"Uşaq hüquqları aylığı" çərçivəsində dərs təşkil olundu

 Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.

Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir.

Məktəbdə təhsil alan şagirdlərin hüquqlarını hansı səviyyədə bildiklərinə, özlərini hansı səviyyədə qoruya biləcəklərinə, bilmədikləri hüquqlarını isə öyrənməklərinə kömək məqsədilə tarix müəllimi İradə Qəhrəmanova dərs dediyi 9C sinfi ilə "Uşaq hüquqları aylığı" çərçivəsində dərs təşkil etdi. Dərsdə şagirdlər təqdimatlar hazırladı, çıxışlar etdilər. Müəllimin danışdığı mövzular haqqında isə müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi