9 noyabr Dövlət Bayrağı Günüdür

 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Dövlət bayrağı günü münasibətilə məktəbin konfrans zalında tarix müəllimi Yeganə Ağayeva və uşaq birliyi rəhbəri Süsən Məmmədovanın təşəbbüsü ilə 8 A sinfi ilə birlikdə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada illər ərzində bayrağın qəbul olunması, süqutu, yenidən bərpası kimi məsələlər müzakirə olundu, şagirdlərin təqdimatları, şeirləri dinlənildi. Sonda bayraq haqqında videoçarx və şagirdlərin əl işləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi