Haqq savaşımız Zəfərlə başa çatdı! Zəfər ədalətin təntənəsidir!

 Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Bununlada Haqq savaşımız Zəfərlə başa çatdı!

Bu təntənəli zəfəri məktəbimizin şagird və müəllim kollektivi də adına uyğun şəkildə qeyd etdilər. Tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva başda olmaqla, musiqi müəllimi Kəmalə Qədimova, riyaziyyat müəllimi Lamiyə Əfəndiyeva, ibtidai sinif müəllimi Nuridə Xanmirzəyevanın təşkilatçılığı ilə məktəbin akt zalında geniş miqyaslı tədbir təşkil olunmuşdur. 2Ç, 5C, 8Ç, 10A sinif şagirdlərinin iştirak etdiyi tədbirdə mahnılar oxundu, rəqslər edildi, şeirlər söylənildi, videomateriallar nümayiş olundu. Tədbirdə qonaq qismində Ağdam, Ağdərə və Suqovşan uğrunda döyüşən Emin Abdinov, valideynlər dəvət olunmuşdular. Tədbir sonunda şagirdlərlə birlikdə səhnəyə çıxan məktəbin direktoru Sevinc Budaqova müharibədə baş verənlərdən, müharibənin həyatımızda buraxdığı izlərdən, zəfərimizdən, zəfərdə rolu olan igidlərin qəhrənamlığından, Ali Baş Komandanın qətiyyətindən söz açdı. Ardınca müharibə iştirakçısı Emin Abdinov da çıxış edərək tədbirdə əməyi keçənlərə və dəvətə görə məktəb rəhbərliyinə, şagird kollektivinə dərin təşəkkürlərini bildirdi. Tarix müəllimi Sevinc Ağayeva da söz alaraq Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnəttarlığını bildirdi.

Yaşasın Müzəffər Ali Baş Komandan! Var olsun Azərbaycan Ordusu! Azərbaycan xalqına Eşq olsun! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi