“Reproduktiv sağlamlıq”, “Zorakılıq və onun növləri” haqqında maarifləndirmə seminarı keçirilmişdir

 Məktəbin psixoloqları Nuranə Məmmədova, Səbinə Həsənəliyeva və məktəbin həkimi Gülər xanım 9A, 9C sinifləri ilə oğlan və qızlarla ayrı-ayrılıqda “Reproduktiv sağlamlıq”, “Zorakılıq və onun növləri” haqqında maarifləndirmə seminarı keçirilmişdir. Reproduktiv sağlamlıq nədir, yeniyetmələrin bu dövrdə yaranmış bioloji, psixoloji, cinsi dəyişiklikləri (qızlar üçün şəxsi gigiyena qaydaları), rastlaşdıqları problemlər və uşaq sağlamlığına, onların həyatına, inkişafına və ləyaqətinə faktiki zərər vura bilən pis fiziki və ya emosional zorakı davranışlarla bağlı müzakirələr aparıldı. Müzakirəni genişləndirmək üçün suallar vasitəsilə auditoriyada debat təşkil olundu. Şagirdlərdən alınmış əks əlaqə, həmçinin səsləndirilən, onları narahat edən suallar dəyərləndirilərək müsbət yöndə istiqamətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi