Ibtidai sinif şagirdlərinin idrak sferasının inkişaf etdirilməsi

Kiçik məktəb yaşı dövründə diqqətin həcmi bir qədər genişlənir, uşaqlar fikri əməliyyatlar aparır, ümumiləşdirir, əyani təfəkkürlə mücərrəd təfəkkürün birgə fəaliyyəti praktik və nəzəri təfəkkürü də inkişaf etdirir. Bu yaş dövrü üçün bərpaedici təxəyyül əsas olur, ümumilikdə idrak sferasının inkişaf etdirilməsi şagirdin təlim fəaliyyətində müvəffəqiyyət qazanmasına əsaslı təsir göstərir. Məktəbin praktik psixoloqu Məmmədova Nuranə müxtəlif üsul və metodikalardan istifadə edərək 3A sinfində məşğələ təşkil etmişdir. Məşğələ zamanı həmçinin neyrogimnastikadan istifadə edildi. Sinir-gimnastika hərəkətlərinin hər biri beynin müəyyən bir hissəsinin həyəcanını təşviq edir və düşüncə ilə hərəkəti birləşdirmə mexanizmini əhatə edir. Eyni zamanda hərəkətlərin və psixofiziki funksiyaların koordinasiyasının inkişafına kömək edir. İki beyin yarımkürəsinin birlikdə inkişafı, komissurların inkişafı (yarımkürələr arasında əlaqələrin), yarımkürələrin sinxronizasiyası, kiçik motor bacarıqlarının inkişafı, qabiliyyətlərin inkişafı, yaddaşın, diqqətin inkişafı, nitqin inkişafı, təfəkkürün inkişafı təmin olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi