Dəm qazından zəhərlənmə halları şagirdlərin gözü ilə

26-28 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqladə Hallar Nazirliyinin dəstəyi ilə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilmişdir. Layihənin həyata keçirilməsində məqsəd suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsidir. Keçirilən bu marifləndirmə tədbirlərinin davamı olaraq məktəbimizin 8B sinif şagirdləri 5A sinfi üçün qazdan zəhərlənmədən qorunmaq üçün müxtəlif üsullardan istifadə edərək təlimlər təşkil etdilər. Həm əyani vəsaitlərlə, həm də səhnəciklərlə qazdan qorunma yollarından bəhs edən şagirdlər kiçik yoldaşları üçün əsl nümunəvi vətəndaş kimi davrandılar. Şagirdlər həmçinin 5-cilərin suallarını cavablandıraraq onlara lazımı məlumatları verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi