"Zəfər Dastanı" adlı şeir və mahnı müsabiqəsinin məktəb mərhələsi keçirildi

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad etmək, Müzəffər Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini uşaq və gənclərə təbliğ etmək, uşaq və gənclərdə nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağı artırmaq və yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, yeni yetmə və gənc nəsli milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçilik, sədaqət ruhunda tərbiyə etmək məqsədilə "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi" tərəfindən "Zəfər Dastanı" adlı şeir və mahnı müsabiqəsinin məktəb mərhələsi keçirildi. 20 oktyabrda konfrans zalında təşkil olunmuş mərhələdə tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, Azərbaycan dili müəllimləri İradə Ağayev, Günnur İskəndərova münsif qismində iştirak edirdi. Növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlərimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi