"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideyn komitələri ilə görüş keçirildi

 Ailə-məktəb münasibətlərinin sağlam pedoqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurun formalaşmasına, uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin tədris resusrsları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması, istər infrastruktur, istərsədə tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeydi-formal mühitdə məktəbin pedoqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə valideyn komitələri ilə məktəbin konfrans zalında direktor Sevinc Budaqova tərəfindən iclas keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi