"Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirildi

Şagirdlərin dünyagörüşünün formalaşmasında, tənqidi düşüncə bacarığının, oxu və yazı vərdişinin təkmilləşməsində, şəxsiyyət kimi yetişməsində mütaliə müstəsna əhəmiyyət daşıyır. Mütaliə insanda yaradıcı potensialın üzə çıxarılmasına təsir göstərir. Məktəblilərin kiçik yaşlarından öz yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır.

Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliə marağı olan şagidlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə məktəbimizdə "Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirildi. 8-9-cu sinif şagirdləri Azərbaycan dili müəllimi İradə Ağayevanın dəstəyi ilə müsabiqənin 1-ci mərhələsini uğurla tamamladılar.

Şagirdlərimizə ikinci mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi