Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilmişdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri keçirmək barədə təlimata əsasən 8C sinfinin şagirdləri Abdullayeva Aliyə, Abdullayeva Pəri, Əliyeva Mehin, Əlizadə Tuana manqa yaradaraq 5Ç sinfinə təlim keçmişdirlər. Biologiya müəllimi Səidə Xəlilova və tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyevanın iştirakı ilə keçirilən təlimdə yuxarı sinif şagirdləri hazırladıqları slaydlar, video və əyani materiallarla çıxış edərək aşağı sinif şagirdlərinin boğulma hallarına qarşı məlumatlanmalarını təmin etdilər. Həmçinin şagirdləri maraqlandıran sualları da cavablandıraraq təlimi yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi