18 oktyabr "Müstəqilliyin Bərpası Günü"dür

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Bu qələbəni şagirdlərimizə yansıtmaq, hiss etdirmək, öyrətmək isə biz pedoqoqların vəzifə borcudur.

Məktəbimizin tarix müəllimi Səbinə Behbudovanın təşəbbüsü və uşaq birliyi rəhbəri Süsən Məmmədovanın yönləndirməsi ilə rus bölməsi olan 5C sinfində Azərbaycan tarixi dərsində şagirdlərlə "Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dərs keçirildi. Dərsdə şagirdlərə tarix müəllimi tərəfindən lazimi məlumatlar verildikdən sonra, onların hazırladıqları slaydlar nümayiş olundu, ardınca isə təqdimatlarını etdilər. Sonda isə şagirdlərin demək olar ki, hər birinin şəkdiyi rəsmlər və hazırladıqları əl işlərinin şəkilləri çəkilərək xatirələrə köçürüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi