Azərbaycan dili və ingilis dili metodbirləşmə rəhbərləri və fənn müəllimləri ilə yığıncaq keçirilmişdir

Məktəbin konfrans zalında məktəbin direktoru Sevinc Budaqova və təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılovanın təşəbbüsü ilə Azərbaycan dili və ingilis dili dərslərində dil bacarıqlarının inkişaf etdirilməsini təmin edən planlaşdırılmanın aparılması və tədris prosesinin düzgün təşkil olunması məqsədi ilə ingilis dili və Azərbaycan dili metodbirləşmə rəhbərləri və fənn müəllimləri ilə yığıncaq keçirilmişdir. Həmin yığıncaqda müəllimlərə və metodbirləşmə rəhbərlərinə xüsusi tapşırıqlar verilmişdir. Həmçinin ingilis dili fənnində təlim nəticələrinin düzgün müəyyənləşdirilməsi, təlim nəticələrinin şagirdlərlə aydın şəkildə paylaşılması və ingilis dili dərslərini planlaşdırarkən şagirdlərin əvvəlki təlim nəticələrinin nəzərə alınması xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi