"Yol hərəkətinin təhlükəsizliyi" aylığı

"Yol hərəkətinin təhlükəsizliyi" aylığı çərçivəsində məktəbimizin 4B sinfi uşaq birliyi rəhbəri Süsən Məmmədovanın təşəbbüsü və sinif rəhbərləri Afət Əliyevanın, valideynlərinin köməkliyi ilə "Yol hərəkətinin təhlükəsizliyi" mövzusu ilə əlaqədar müxtəlif maket, rəsm, təqdimat, əl işləri, slaydlar hazırlamışdırlar. Zakir Bayramlı təqdimat hazırlayaraq nümayiş etdirdi və şagirdlərin də məlumatlanmasına köməklik göstərdi. Digər bir şagirdin təqdimatında isə 5 avqust tarixinin "İşıqforlar günü" olduğu qeyd olunmuşdur, bu isə bütün şagirdlər üçün yeni bir məlumat idi. Digər şagirdimiz Bətül Həsənli isə valideynlərinin köməkliyi ilə maket hazırlayaraq nümayiş etdirdi. Sonda şagirdlərin hər biri hazırladıqları əl işlərini nümayiş etdirərək şəkillər çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi