Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci illiyi

Müstəqil Azərbaycan dövlətinin banisi Azərbaycan xalqının Ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci illiyi münasibətilə məktəbimizdə tədbirlərin keçirilməsinə başlanmışdır. May ayının 6-də məktəbimizin akt zalında müəllimlərimizin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə 5,6 və 7-ci sinif şagirdlərimizin fəal iştiraki ilə rəqslər edilmiş, şeirlər söylənilmiş, səhnəciklər göstərilmiş, mahnılar oxunmuşdur. Tədbirdə ulu öndərin keçdiyi həyat yolu, xalqımız üçün etdiyi fədakarlıqlar əks olunmuşdur. Tədbirimizdə həmçinin Nəsimi rayon İcra hakimiyyətinin aparıcı məsləhətçisi Fərman Abdullayev də iştirak etmişdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi