9-cularla psixoprofilaktik məşğələ təşkil edilmişdir

Yeniyetməlik dövrü uşaq həyatının dönüş anı hesab olunur. Bu dövrdə onlarda çoxlu fizioloji, emosional dəyişikliklər baş verir (orqanizmin mütənasibliyi dəyişir, endokrinoloji dəyişikliklər baş verir, cinsi göstəricilər yaranır, əhvalın dəyişməsi ilə bağlı ürəyin və ciyərlərin fəaliyyətində çətinliklər meydana çıxa bilər). Əgər bu vaxta qədər uşaq üçün valideyn və müəllim önəmli şəxslər idisə, yeniyetməlikdə yaşıdlar daha vacib olur, onlarla ünsiyyət isə əsas fəaliyyətə çevrilir. Uşaq öz bədəni və orada baş verən dəyişikliyi qeyri-adekvat qəbul edərək, buna ögey münasibət bəsləyə bilər.

Bu dövrdə yarana biləcək aqressiyaları, şəxslərarası münasibətdə və davranışda mövcud ola biləcək pozuntuları nəzərə alaraq 9C sinif şagirdləri ilə məktəbin psixoloqları Məmmədova Nuranə, Həsənəliyeva Səbinə psixoprofilaktik məşğələ təşkil edərək şagirdlərlə söhbət aparmış, həmçinin videotəqdimata baxılmış və onların neqativ və pozitiv tərəflərini, daxili dünyasını üzə çıxarmaq məqsədi ilə psixodiaqnostik iş aparılaraq Varteqq testi keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi