1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçildi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

"Heydər Əliyev İli" çərçivəsində bu münasibətlə məktəbin konfrans zalında tarix müəllimi Sevinc Ağayevanın və 9B sinif şagirdlərinin təşəbbüsü ilə dəyirmi masa keçirildi. Tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və Sevinc Ağayeva Heydər Əliyevin keçdiyi tarix yolu, onun xalqına bağlılığı haqqında çıxışlar etdilər. Şagirdlər də öz növbəsində mövzu ilə bağlı slaydlar, referatlar hazırlayaraq nümayiş etdilər. Dinləyici qismində isə Azərbaycan dili müəllimi Fatma Quliyeva və 7C sinfinin şagirdləri əyləşmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi