44 günlük vətən müharibəsi ədəbiyyatımızda

Məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Quliyevanın təşəbbüsü və 7B sinfinin iştirakı ilə "açıq dərs" keçirildi. Dərsdə ilk öncə tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva çıxış etdi. O, Anım Günü münasibəti ilə silsilə tədbirlərin davam etdirilməsindən, qürur verici hissləri dəfələrlə yaşamağımızdan söz açdı. Daha sonra Fatma müəllim şagirdlərə ədəbiyyatımızda olan qələbəmizin əks olunduğu əsərlərdən söz açdı və artıq Azərbaycan dili və ədəbiyyat dərsliklərində qələbəyə həsr olunmuş mövzuların yerləşdirilməsindən çox qürur duyduğunu vurğuladı.

Ardınca Eyvaz Zeynallının "Kəşfiyyatçılar" əsəri müzakirəyə qoyuldu. Əsərdə bizim insanların qəhrəmanlığı ilə yanaşı, ermənilərin vəhşiliklərinin, işğal olunmuş torpaqlarımızın necə xarabalığa çevrilməyinin bir daha şahidi oluruq. Eyni zamanda kəşfiyyatçılarımızın cəsurluğu, bayrağımızı işğaldan azad olunmuş ərazilərə sancmağı əks olunub. Bunlar hamısı şagirdlər tərəfindən oxunduqdan sonra müzakirəyə qoyulmuşdur.

Rafiq İsmayılova məxsus Leytenant Zamanlının dilindən səsləndirilən "Vətən Sağolsun" hekayəsində isə Valeh Əsədovun necə şücaət göstərməsindən, Şuşaya daxil olmasından, öz əsgərlərini necə qorumasından, qəhrəmanlığından bəhs edən hissəciklər şagirdlərin ifasında təsirli səsləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi