Nəsimi rayonunda 27 Sentyabr - Anım günü münasibətilə rayon ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilib

Nəsimi rayonunda 27 Sentyabr - Anım günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayon ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilib. Tədbirdə məktəbimizi direktor müavini Aidə Quliyeva və şagirdləri təmsil edirdi.

Məktəb kollektivi tərəfindən Vətən müharibəsi şəhidi Məmmədağa Balakişi oğlu Səfərovun anasına məktub ünvanlanmışdır. Həmin məktubu tədbirdə iştirak edən şagirdlərimiz göz yaşı içərisində Şəhidin adına salınmış ağacdan asdılar. Tədbirdə rayon məktəblilərinin ifasında müxtəlif bədii kompozisiyalar böyük marağa səbəb oldu.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi