9-cu siniflərin valideyn iclası keçirildi

16.09.2023 cü il tarixində 9-cu siniflər üçün akt zalında valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, tərbiyə işləri üzə direktor müavini Aidə Quliyeva, praktik psixoloq Nuranə Məmmədova, uşaq birliyi rəhbəri Süsən Məmmədova, fənn müəllimləri və sinif rəhbərləri, Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, polis mayoru Yeganə Zeynalova və 9A 9B, 9C, 9Ç sinfinin valideynləri iştirak edirdi. Sevinc xanım növbə ilə məktəbin rəhbər heyətinə və Yeganə xanıma söz verərək hər birinin öz fikrini və valideynlərin qarşısında duran tələblərin nələrdən ibarət olduğunu çatdırmaqlarını istədi. İlk öncə təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova zəif şagirdlərlə buraxılış fənnləri üzrə keçiriləcək məşğələ cədvəli, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva isə şagirdlərin davamiyyəti və məktəbli forması haqqında məlumat verdi.

Praktik psixoloq Nuranə Məmmədova yeniyetməlik dövründə baş verən bioloji, psixoloji, fizioloji dəyişikliklərin önəminin diqqətdə saxlanılmasının çox vacib məsələlərdən olması, ana ataların şagirdin yeni inkişaf edən bacarıqlarını, maraq, istək və potensial imkanlarının dəstəklənməsi onların gələcək həyatı və xarakterinin doğru şəkildə formalaşmasında böyük önəm daşıması, həmçinin bu dövrdə ailədaxili ünsiyyətin səmərəli şəkildə qurulması sayəsində yeniyetmənin qarşılaşacağı problemlərin öhdəsindən asanlıqla gəlinə biləcəyi, bu dövrün müvəqqəti olduğunu tez-tez xatırlanması lazım olduğunu, uşaqlarımıza daim öyüd-nəsihət vermək, tənqid etmək əvəzinə fikirlərini dinləmək, onların maraq dairələri ilə yaxından tanış olmaq və birlikdə ortaq qərarlar qəbul etməklə onları daha özgüvənli, inamlı şəxsiyyət kimi yetişdirməyin mümkünlüyü barədə danışdı.

Uşaq birliyi rəhbəri Süsən Məmmədova şagirdlərin şəxsi telefonlarının mütəmadi yoxlamılmalı olduğu, zərərli vərdişlərdən çəkinmələri üçün onlarla profilaktik söhbətlər aparmaları, peşə yönümlü olan uşaqların meyil və maraqlarına kölgə salmamaları haqqında, sağlam qidalanmalarına diqqət etmələrinə, gərəksiz qazlı və energetik içkilərdən çəkindirməyə, həmçinin gündəliklərin, kitabların, geyim və saçlarının səliqəli olmalarına diqqət etmələrini xahiş etdi.

Polis mayoru Yeganə Zeynalova isə ən həssa nöqtələrdən olan sosial şəbəkələrdən, zərərli vərdislərdən, yeniyetmələrin həyatlarında baş verən dəyişikliklərə nəzər yetirmənin vacibliyindən, mütləq fikirlərini dinləmələrini, onlara fərd kimi yanaşılmalı olduğunu nəzərə çatdırdı.

İclasın sonunda çıxış edən məktəbin direktoru Sevinc Budaqova isə 9-cu sinif şagirdlərin naliyyətlərinin il boyu izlənməsi və zəif şagirdələrlə işin aparılması məktəbin əsas fəaliyyət istiqamətlərindən biri olduğu haqqda, ümumi bildirilən fikirlərin daha geniş, illərlə qazandığı təcrübələr əsasında valideyn məsuliyyətsizliyinin nələrə gətirib çıxara biləcəyi haqqında danışdı Daha sonra valideynlərin hüquq və vəzifələrinin nələrdən ibarət oluğunu bir daha nəzərlərinə çatdırdı. Övladlarının dərs prosesini izləmək istəyən valideynlərə mütləq şəraitlərin yaradılacağından və daha bir neçə mövzu barədə ətraflı şəkildə danışaraq iclası yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi