15 sentyabr Bilik Günüdür

94 şagirdin ilk qədəmlərini qoyduğu məktəb həyəti onların Bilik günlərini yadda qalan etmək üçün təntənəli hazırlanmışdı. Qonaq qismində məktəbə təşrif buyuran Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Zəminə Əsədova və Nəsimi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Asim Mirzəyevin, məktəbin müdiriyyət və pedoqoji heyətinin, valideynlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində tədbir keçirildi.

Tədbir ilk öncə marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başladı, Dövlət himninin səsləndirilməsi və əziz Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi. Tədbiri açıq elan edən direktor müavini Aidə Quliyeva sözü məktəbin direktoru Sevinc Budaqovaya verdi. Sevinc xanım öz növbəsində bütün şagirdlərə uğurlar arzulayaraq 2023-cü ilin "Heydər Əliyev İli" olması, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli 3-29/3-2-548F/2023 nömrəli əmrinin tələbinə əsasən 15 sentyabr tarixində ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunması, keçən buraxılış ilində məktəbin bir sinifinin bütün şagirdlərinin univerisitetə qəbul olaraq 100 faiz nəticə göstərmələri, digər yüksək nəticə göstərən məzunları, olimpiada qalibləri, müəllimlərin uğurları və bir çox başqa vacib məsələlər haqqında danışdı. Sonra sözü qonaqlara verdi. Onlar da öz növbəsində şagirdləri təbrik edərək uğular arzuladı.

Tədbirin davamında birincilər şeirlər oxudu, mahnılar səsləndirdilər. 8-ci sinif şagirdləri öz rəqsləri, 5-ci sinif şagirdləri isə mahnıları ilə birinciləri təbrik etdi. Daha sonra animatorlar gələrək uşaqların sevincinə şərik oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi