14 sentyabr tarixində pedoqoji şuranın 1N-li iclası keçirildi

Məktəbin akt zalında bütün kollektivin iştirakı ilə pedoqoji şura keçirildi. İclasda ötən tədris ilində görülən işlər, DİM imtahan nəticələri, buraxılış siniflərinin monitorinqlərinin ötən il ilə müqayisəsi, sinif rəhbərlərinin təyini, metodbirləşmələrin müəyyənləşdirilməsi, müəllimlərin dərs yükü və dərs cədvəli, məktəbin iş rejimi müzakirə olundu. Həmçinin məktəbə yeni təyin olunan rus dili müəllimi Gülnar Həmidova kollektivə təqdim edildi.

Məktəbin direktoru Sevinc Budaqova çıxışında ilk öncə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli 3-29/3-2-548F/2023 nömrəli əmrinin tələbi olan 15 sentyabr tarixində ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunmasını kollektivin nəzərinə çatdırdı. Daha sonra yeni tədris ilinin iş bölgüsü, müəllimlərə tövsiyyələri, müəllimlərdən tələbləri, valiyenlərlə məlumat alış-verişinin daha aktiv şəkildə aparılması, məktəbin inventarları ilə daha səliqəli davranılması üçün şagirdlərin məlumatlandırılması, müəllimlərin 25 noyabr 2014-cü il tarixində qüvvəyə minmiş "Müəllimlərin etik davranış prinsipləri"nə daha dərindən əməl etmələri barədə çıxış edərək tələblərini irəli sürdü.

Sonda kollektivin yubileyini qeyd edən müəllilərindən Minayə Quliyeva və Sevinc Paşayeva direktor Sevinc Budaqova tərəfindən fəxri fəmanlarla təltif olundu.

Yeni tədris ilində məktəbin şagird və müəllim kollektivinə uğurlar arzulayaraq səslərinin daha yüksəklərdən gəlməsini diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi