Şagirdimiz “Gələcəyini Qur!” layihəsində iştirak etmişdir

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur və bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, eyni zamanda fərdi sponsorların dəstəyi sayəsində həyata keçirilir.

Məktəbimizin 10B sinif şagirdi Mehriban Məmmədova layihədə iştirak etmiş, təşkil olunmuş mərhələləri uğurla keçmiş və qalib olmuşdur. Bu layihə sayəsində şagirdimiz 2023-2024-cü tədris ilində Kainat tədris mərkəzində 1 illik ödənişsiz təhsil almaq hüququ qazanmışdır. Şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi